"Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb
Meksikalı mütəxəssis İvan Luna "Gəncə" basketbol klubunun məşqçilər korpusuna cəlb olunub.
Bu barədə Crossmedia.az-a klubun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ. Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.
O, vətəni ilə yanaşı, Litvada da çalışıb.
14:37 12.09.2026
Oxunuş sayı: 37