ABŞ səfiri: Türkiyə və İsrailin iddialarına inanmırıq
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Türkiyə və İsrail mediasında yayılan ərazi genişlənməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, diplomat bu barədə “CNN” telekanalına müsahibəsində danışıb.
Barrak Türkiyə və İsrail mediasında bir-birinin regional niyyətləri ilə bağlı fərqli təsəvvürlərin yaradıldığını qeyd edib.
“Tel-Əvivdə səhər qəzetini açanda qarşınıza ‘Osmanlı İmperiyası 2.0’ xəritəsi çıxır. İstanbulda qəzet oxuyanda isə ‘Böyük İsrail’ haqqında fikirlərlə qarşılaşırsınız. Biz bunların heç birinin həqiqəti əks etdirdiyinə inanmırıq”, – deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, bu cür iddialar region ölkələrinin real siyasətindən daha çox siyasi ritorika ilə bağlıdır.
Barrak, həmçinin regional münasibətlərdə qarşılıqlı əməkdaşlığın və dialoqun vacibliyini vurğulayıb
12:27 30.10.2026
Oxunuş sayı: 51