Azad edilmiş ərazilərdə 230 hektarlıq istixana salınacaq
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsinin icrası nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, heyvandarlıq, bağçılıq və istixana sahələrinə sahibkarlar tərəfindən ciddi maraq mövcuddur: "Məsələn, azad olunmuş ərazilərdə istixana layihəsinin sənaye üsulu ilə bir zonada həyata keçirilməsi nəzərdə tutulur və buna sahibkarlar tərəfindən maraq göstərilib. Bunun da daha çox genişləndirilməsi nəzərdə tutulur".
Nazir əlavə edib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflərə nail olunacaq: "Eyni zamanda, müasir suvarma istiqaməti ilə bağlı bir məqama toxunmaq istərdim. 2025-ci ilin sonunda ölkə ərazisində müasir suvarmanın olduğu 130 min hektar var idi. Artıq bu göstərici 155 min hektardan artıqdır".(Report)
11:19 30.10.2026
Oxunuş sayı: 51