Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilir
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilir.
Crossmedia.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olunur.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayacaq.(APA)
10:12 30.10.2026
Oxunuş sayı: 51