“Bitcoin” ucuzlaşıb
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. “Bitcoin”in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2,03% ucuzlaşaraq 78 176,56 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə 4,17%, son 30 gündə isə 6,17% azalıb.
“Ethereum” 3,05% ucuzlaşaraq 2 237,85 dollara, BNB 4,20% azalaraq 716,01 dollara düşüb. “Bittensor” 4,31% dəyər itirərək 236,96 dollara, “Quant” isə 3,81% geriləyərək 184,23 dollara enib.
Bununla yanaşı, bəzi kriptovalyutalarda bahalaşma müşahidə olunub. “Zcash” 3,27% artaraq 1 278,53 dollara, “Monero” 4,01% yüksələrək 608,90 dollara, “Bitcoin Cash” isə 1,94% bahalaşaraq 284,13 dollara çatıb.
09:05 30.10.2026
Oxunuş sayı: 90