Neft qiymətləri ABŞ-dəki seçkilər ərəfəsində ucuzlaşıb
Dünya bazarında neft qiymətləri ABŞ ilə İran arasında diplomatik danışıqların bərpası ehtimalı fonunda geriləyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər və Yaxın Şərqdəki vəziyyət enerji bazarlarının diqqət mərkəzindədir.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Haber Global” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, əvvəlki gün 112,61 dollara qədər bahalaşan “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti oktyabrın 29-da 1,3 faiz azalaraq 110,22 dollara enib. ABŞ-nin WTI markalı nefti isə 101,38 dollardan ticarət olunub.
Qiymətlərin azalmasına Vaşinqton və Tehran arasında danışıqların yenidən başlaya biləcəyi barədə məlumatlar təsir göstərib.
“Axios” və “The Wall Street Journal” nəşrlərinin məlumatına görə, Qətərin vasitəçiliyi ilə diplomatik təşəbbüslər davam etdirilir. Lakin ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin danışıqların bərpası məqsədilə İrana məktub göndərməsi barədə iddiaları təkzib edib.
Bununla yanaşı, Yaxın Şərqdə hərbi gərginlik və neft tədarükündə mümkün fasilələr qiymətlərə təsir edən əsas amillər olaraq qalır.
ABŞ-də yanacaq qiymətlərinin yüksəlməsi də aralıq seçkilər ərəfəsində iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, Trampın ikinci prezidentlik dövründə benzinin bir qallonunun orta qiyməti 3,472 dollar təşkil edib. Co Baydenin prezidentliyi dövründə bu göstərici 3,471 dollar olub.
Dizel yanacağının bir qallonunun orta qiyməti isə Tramp dövründə 4,343 dollar, Bayden dövründə 4,078 dollar səviyyəsində qeydə alınıb.
“S&P Global”ın təhlilinə əsasən, Konqresə aralıq seçkilərin nəticələri ABŞ-nin enerji siyasətinə, neft-qaz sektoruna yatırımlara və ekoloji tənzimləmələrə təsir göstərə bilər.
Respublikaçıların Konqresdə çoxluğu qoruması mövcud enerji siyasətinin davam etdirilməsini asanlaşdıra bilər. Demokratların palatalardan birində üstünlük qazanması isə administrasiyanın enerji qərarları üzərində nəzarətin güclənməsinə şərait yarada bilər.
Analitiklər neft bazarında qiymətlərin gələcək istiqamətinin ABŞ–İran m
02:00 30.10.2026
Oxunuş sayı: 41