Rusiya Dneprdə peşə məktəbinin yataqxanasına dronla zərbə endirib
Rusiya ordusunun Dnepr şəhərində peşə-texniki məktəbin yataqxanasına dronla zərbə endirdiyi bildirilir. Hadisə nəticəsində binanın yuxarı mərtəbəsində bir neçə otaqda yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Hücum zamanı insanlar sığınacaqda olublar.
22:27 29.10.2026
Oxunuş sayı: 47