VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Qarabağa səfər ediblər
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən xarici qonaqların Şuşa və Ağdam şəhərlərinə səfəri təşkil olunub.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyi məlumat verib.
Səfər çərçivəsində qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında "Güllələnmiş büstlər"i, həmçinin Xurşidbanu Natəvanın evi, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi və Mehmandarovların Ev-Muzeyini ziyarət ediblər.
Daha sonra Forum iştirakçıları Ağdam şəhərinə səfər edib, "İmarət" Kompleksində olublar.
Hər iki şəhərlə tanışlıq zamanı 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərin sosial infrastrukturuna, tarixi-mədəni irsinə, o cümlədən dini məkanlara qarşı törədilən vandalizm və talan barədə məlumat verilib. Azərbaycan dövlətinin Şuşa və Ağdamla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri də qonaqların diqqətinə çatdırılıb.
21:02 29.10.2026
Oxunuş sayı: 52