“The Guardian”: Avropa Putinlə danışıqlar aparmaq üçün vahid nümayəndə seçə bilmir
Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda Avropanı təmsil edəcək vahid nümayəndənin müəyyənləşdirilməsi məsələsində razılığa gələ bilmir. Bu proses ölkələr arasında fikir ayrılıqlarına səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Nəşrin məlumatına görə, Avropa liderləri arasında kimin Moskva ilə dialoq aparmalı olduğu barədə rəqabət yaranıb. Bir sıra liderlər məhz özlərinin Putini danışıqlara razı sala biləcəyinə inanırlar.
“Çox sayda lider Putini danışıqlara məhz özlərinin sövq edə biləcəyini düşünür”, — deyə avropalı diplomat bildirib.
Avropa daxilində vahid nümayəndənin seçilməsi ilə bağlı fikir ayrılıqları Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətində mümkün danışıqlarda Avropa İttifaqının mövqeyinin necə təmsil olunacağı məsələsini gündəmə gətirir.
21:27 29.10.2026
Oxunuş sayı: 47