İtaliyanın Siena şəhərində Azərbaycan icması fəaliyyətə başlayıb
İtaliyanın Siena şəhərində yaşayan, çalışan və təhsil alan azərbaycanlıları bir araya gətirmək məqsədilə Siena Azərbaycan İcması fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, təşəbbüs Siena Universitetinin dəstəyi ilə həyata keçirilib.
Bildirilib ki, icmanın əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, milli dəyərlərini və adət-ənənələrini Siena şəhərində təmsil etmək, həmçinin İtaliyada yaşayan azərbaycanlılar arasında həmrəyliyi gücləndirməkdir.
İcma, eyni zamanda, tələbələrə və gənc mütəxəssislərə akademik və sosial həyatlarında dəstək göstərməyi, onların arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi hədəfləyir.
Gələcəkdə icma tərəfindən müxtəlif mədəni tədbirlərin, tanışlıq görüşlərinin və birgə layihələrin təşkili nəzərdə tutulur.
22:11 29.10.2026
Oxunuş sayı: 91