Rusiya ABŞ ilə razılaşmanı yerinə yetirmək üçün dizel ixracına qoyulan qadağanı uzadacaq
Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı ilin sonunadək uzatmağı və ABŞ-la əldə edilmiş razılaşmanı yerinə yetirmək üçün ixrac kvotalarından istifadə etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, hazırkı qadağanın müddəti oktyabrın 31-də başa çatır. Noyabr ayı üçün dizel ixracı kvotasının oktyabr ayındakı 500 min tondan 2 milyon tona çatdırılması gözlənilir. Bu həcm gündə təxminən 500 min barelə bərabərdir.
Rusiya hökumətinin noyabrın əvvəlində müvafiq qərar qəbul edəcəyi bildirilir. Yeni qaydalar çərçivəsində ixrac kvotalarından istifadə edə biləcək neft emalı müəssisələrinin siyahısının genişləndirilməsi də nəzərdə tutulur.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak dörd tankerin yanacaqdoldurma məqsədilə göndərildiyini, onlardan üçünün artıq yola çıxdığını bildirib.
Məlumata görə, neft emalı zavodlarında təmir işlərinin irəliləməsi və dron hücumlarının azalması nəticəsində oktyabr ərzində istehsal gücündən istifadə səviyyəsi 25% artıb.
Rusiya daxili tələbatı qarşılamaq və yanacaq bazarında mümkün çatışmazlığın qarşısını almaq üçün ixracı kvotalarla tənzimləməyi planlaşdırır. ABŞ-la əldə olunan razılaşma isə Rusiyadan dizel tədarükünün artırılmasını nəzərdə tutur.
20:20 29.10.2026
Oxunuş sayı: 48