Adil Kərimli Sudanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb
Oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Sudan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Xalid İsmail Ahmed Ali arasında görüş keçirilib.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Həmkarını salamlayan Adil Kərimli Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, eləcə də beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
20:43 28.10.2026
Oxunuş sayı: 48