Paşinyan: Azərbaycan və Türkiyə Ermənistanın “forpost” statusundan çıxmasına kömək edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının ölkəsinin “forpost” statusundan xilas olmasına və regionun münaqişə dalanından çıxmasına imkan yaradacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə çıxışı zamanı danışıb.
O qeyd edib ki, Ermənistanın İran, Türkiyə, Gürcüstan və Azərbaycanla normal münasibətlər qurması vacibdir. Baş nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması regionun bütün ölkələrinə fayda gətirəcək.
Paşinyan Ermənistan müxalifətini sülh prosesinə qarşı çıxmaqda və ölkənin əvvəlki “forpost” statusunu qorumağa çalışmaqda ittiham edib. O bildirib ki, müxalifətin məqsədi Ermənistanın maraqlarını deyil, öz maliyyə mənafelərini qorumaqdır.
Baş nazir əlavə edib ki, Azərbaycan üzərindən Ermənistana qatarların hərəkət etməsi regionda əməkdaşlığın mümkünlüyünü göstərir. Onun sözlərinə görə, sülh şəraitində Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə, eləcə də bütövlükdə region qazanc əldə edə bilər.
21:01 28.10.2026
Oxunuş sayı: 44