Ermənistanda yeni Konstitusiya layihəsinin dərc olunması təxirə salınıb
Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın ortalarında ictimaiyyətə təqdim olunacaq. Ölkənin ədliyyə naziri Srbui Qalyan bu barədə Ermənistan televiziyasına açıqlamasında bildirib.
Crossmedia.az xəbər verir ki, nazir sənədin hələ yekun variant olmadığını vurğulayıb.
Qalyanın sözlərinə görə, layihə ictimai müzakirələr üçün təqdim ediləcək və bu mərhələdə sənədin son variantı kimi qiymətləndirilməməlidir.
21:24 28.10.2026
Oxunuş sayı: 44