Netanyahu partiyası ərəb partiyalarını seçkiləri saxtalaşdırmaqda ittiham edir
İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetin 26-cı çağırışına seçkilərdə kütləvi qanun pozuntularına yol verildiyini iddia edərək polis və ŞABAK-ı araşdırma aparmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, partiya bəyanatında ərəb partiyalarını seçiciləri pulla ələ almaqda, hədələməkdə, zorakılıqda, səsləri saxtalaşdırmaqda və qadağan olunmuş kompüter proqramlarından istifadə etməkdə ittiham edib.
“Likud” nümayəndələri ərəb yaşayış məntəqələrindəki seçki məntəqələrində baş verdiyi iddia edilən pozuntularla bağlı yüzlərlə sübutu polisə, ŞABAK-a və Mərkəzi Seçki Komissiyasına təqdim edəcəklərini bildiriblər.
Partiyanın iddiasına görə, seçki bülletenləri olan zərflərin sayı ilə səsvermədə iştirak edən seçicilərin sayı arasında uyğunsuzluqlar mövcuddur. Həmçinin bəzi seçicilərin bir neçə dəfə səs vermiş ola biləcəyi və RƏAM partiyasının seçici fəallığını artırmaq üçün qadağan olunmuş proqramlardan istifadə etdiyi irəli sürülüb.
21:42 28.10.2026
Oxunuş sayı: 45