Polşanın XİN rəhbəri Sikorski Navrotskini ələ salıb
Polşanın xarici işlər naziri Radoslav Sikorski prezident Karol Navrotskini hədəf alan ironik paylaşım edib.
Crossmedia.az xəbər verir ki, RMF24 nəşrinin məlumatına görə, Sikorski bu paylaşımı Navrotskini “Onet” nəşrinin naşirinə qarşı qaldırdığı iddia ilə bağlı şərh edərkən edib.
Nazir X sosial şəbəkəsində “Düzgün ifadə hansıdır: sutener, dəllal, yoxsa alfons?” sualını yazıb.
Xatırladaq ki, “Onet” nəşri ötən ilin mayında Navrotskini Sopot şəhərindəki “Grand Hotel”də mühafizəçi işlədiyi dövrdə otel qonaqları üçün fahişələrin təşkilində iştirak etməkdə ittiham edən məlumat dərc edib. Bu iddialar fonunda Navrotski nəşrin naşirinə qarşı məhkəməyə müraciət edib.
Polşa parlamentinin aşağı palatasının deputatlarından birinin sözlərinə görə, hakim koalisiya prezidentin vəzifəsindən kənarlaşdırılması imkanını da müzakirə edir.
21:58 28.10.2026
Oxunuş sayı: 41