Polşada elektrik dirəyində naməlum dron aşkarlanıb
Polşanın Varmiya-Mazuriya voyevodalığında elektrik dirəyinin dayağında naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, RMF FM-in məlumatına görə, dron Komorovo-Julavske yaşayış məntəqəsində, Olştın istiqamətindəki dəmir yolu xəttinin yaxınlığında tapılıb. Aparat yerdən bir metrdən bir qədər artıq hündürlükdə dayağın elementinə ilişib qalıb. Ətraf ərazidə əsasən kənd təsərrüfatı sahələri yerləşir.
Məlumata görə, dron dörd pər, kamera, məlumat saxlama qurğusu və əlavə batareya ilə təchiz olunub.
Hadisə yerində istehkamçılar, yanğınsöndürənlər və Olştından olan polis antiterror bölməsinin əməkdaşları çalışır. Mütəxəssislər aparatda partlayıcı maddələrin olub-olmadığını yoxlayır və dronun sahibini müəyyənləşdirməyə çalışırlar.
21:54 28.10.2026
Oxunuş sayı: 41