Kreml: Ukrayna üzrə üçtərəfli danışıqların tarixi açıqlanacaq
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarının tarixi bəlli olduqdan sonra Kreml bu barədə məlumat verəcək.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, noyabrda keçiriləcək görüşdə Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları müzakirə olunacaq. O vurğulayıb ki, təhlükəsizlik zəmanətləri hər iki tərəf üçün qarşılıqlı olmalıdır.
Kreml nümayəndəsi ABŞ Prezidenti Donald Trampın üçtərəfli sammitin yaxın vaxtlarda keçirilə biləcəyi ilə bağlı qiymətləndirməsinin geniş zaman çərçivəsini əhatə edə biləcəyini deyib. Peskov əlavə edib ki, Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında görüşdən əvvəl uzunmüddətli və hərtərəfli hazırlıq işi aparılmalıdır.
Peskov, həmçinin bildirib ki, yaxın günlərdə Oleşkidə humanitar əməliyyat keçirilməsi planlaşdırılır və Rusiya hər hansı təxribatın baş verməyəcəyinə ümid edir.
21:46 28.10.2026
Oxunuş sayı: 44