Zelenski Trampla sülhə nail olmaq yollarında fikir ayrılığı yaşadığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədində ABŞ Prezidenti Donald Trampla razılaşdıqlarını, lakin sülhə nail olmaq yolları ilə bağlı fərqli mövqelərə sahib olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ərazi məsələləri Ukrayna və Rusiya liderləri arasında birbaşa danışıqlar yolu ilə həll edilməlidir.
18:08 28.10.2026
Oxunuş sayı: 44