Hersoq: Yeni seçkilərin qarşısını almaq üçün hər şey edilməlidir
İsrail Prezidenti İshak Hersoq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Hersoq bu barədə açıqlamasında deyib.
İsrail Prezidenti son seçkilərin nəticələrinə toxunaraq siyasi qüvvələri hökumətin formalaşdırılması prosesinə konstruktiv yanaşmağa çağırıb.
“Xüsusilə dünən baş verənlərdən sonra növbəti seçkilərdən yayınmaq üçün əlimizdən gələni etməliyik”, – deyə Hersoq vurğulayıb.
O, siyasi partiyaların nümayəndələrindən koalisiya danışıqlarına açıq mövqe ilə yanaşmalarını gözlədiyini bildirib.
“Bura gələn hər kəsin açıq fikirli olmasını gözləyirəm”, – deyə İsrail Prezidenti əlavə edib.
16:50 28.10.2026
Oxunuş sayı: 50