Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlanıb
Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma davam etdirilir.
16:39 28.10.2026
Oxunuş sayı: 51