Fransa freqatı Belçika gəmisinin yaxınlığında ballistik raketi vurub
Fransaya məxsus hərbi freqat oktyabrın ortalarında Bab əl-Məndəb boğazında Belçika hərbi gəmisinin yaxınlığında ballistik raketi zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, Belçikanın Müdafiə Nazirliyi bu barədə VRT NWS telekanalına məlumat verib.
Bildirilib ki, hadisə Belçika Hərbi Dəniz Qüvvələrinə məxsus “BNS Primula” minaaxtaran gəmisinin yaxınlığında baş verib.
İlkin ehtimallara görə, ballistik raket Yəməndə fəaliyyət göstərən husilər tərəfindən buraxılıb. Lakin raketin mənşəyi ilə bağlı qəti təsdiq verilməyib.
Hadisə nəticəsində xəsarət alanlar və ya gəmilərə ziyan dəyməsi barədə məlumat yoxdur.
Belçika Müdafiə Nazirliyinin açıqlamasına əsasən, raketin birbaşa “BNS Primula” gəmisini hədəf aldığını göstərən əlamətlər müəyyən edilməyib.
16:19 28.10.2026
Oxunuş sayı: 55