Sikorski: Putin bütün Ukraynanı ələ keçirmək istəyirdi
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin Ukraynada hərbi yolla nail ola bilmədiyi məqsədlərə danışıqlar vasitəsilə çatmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Sikorski bu barədə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Putin mövqeyinin dəyişmədiyini iddia etsə də, müharibənin gedişi onun ilkin məqsədlərinə yenidən baxmağa məcbur olduğunu göstərir.
“Putin mövqeyini dəyişmədiyini deyir, halbuki dəyişib. Çünki o, bütün Ukraynanı ələ keçirmək istəyirdi. Artıq aydındır ki, buna nail ola bilməyəcək”, – deyə Sikorski bildirib.
Polşalı nazir hesab edir ki, Moskva hərbi əməliyyatlar zamanı əldə edə bilmədiyi nəticələri diplomatik danışıqlar vasitəsilə qazanmağa çalışır.
“O, döyüş meydanında fəth edə bilmədiklərini danışıqlar masasında əldə etmək istəyir. Rusiya 13 ildir döyüşdüyü Donbasın belə hamısını ələ keçirə bilməyib”, – deyə Sikorski vurğulayıb.
14:58 28.10.2026
Oxunuş sayı: 51