Vəzifəli şəxslərin qanunsuz əldə etdiyi əmlak dövlətə verilə bilər – YENİ QANUN
Vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə bildirilib ki, vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
13:18 28.10.2026
Oxunuş sayı: 201