ABŞ-dən Fars körfəzi ölkələrinə İranla bağlı XƏBƏRDARLIQ
ABŞ administrasiyası Fars körfəzi ölkələrini İrana qarşı mümkün yeni hərbi hücuma hazır olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Ev Fars körfəzi ölkələrinə mümkün hərbi əməliyyatla əlaqədar hazırlıq görməyi tövsiyə edib.
Mənbələr bildiriblər ki, Vaşinqton İranın hərbi potensialını zəiflətmək və Tehranı danışıqlara məcbur etmək məqsədilə genişmiqyaslı əməliyyata başlaya bilər.
Mümkün zərbələrin hədəfləri arasında İranın infrastruktur obyektləri və nüvə təsislərinin də olduğu iddia edilir.
Bununla yanaşı, WSJ qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatla bağlı hələ yekun qərar qəbul etməyib. Lakin onun seçkilərdən sonra genişmiqyaslı hücuma başlamağa meyilli olduğu bildirilir.
11:42 28.10.2026
Oxunuş sayı: 88