Səudiyyə Ərəbistanı 57 ölkəyə antikorrupsiya çağırışı edib
Səudiyyə Ərəbistanı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri korrupsiyaya qarşı mübarizə sahəsində məlumat mübadiləsinin gücləndirilməsinə yönəlmiş qətnamə layihəsini dəstəkləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədri Mazin bin İbrahim Əl-Qəhmus İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən III yüksək səviyyəli görüşündə bildirib.
11:02 28.10.2026
Oxunuş sayı: 125