Tramp Netanyahunun seçki nəticələrində öz rolunu vurğulayıb
ABŞ Prezidenti Donald Tramp İsraildə keçirilən seçkilərdə Baş nazir Benyamin Netanyahunun gözləniləndən daha yaxşı nəticə göstərməsində öz dəstəyinin həlledici rol oynadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti Netanyahunu dəstəkləməsindən sonra seçki yarışının gedişatının dəyişdiyini bildirən açıqlamanı yenidən paylaşıb.
“Prezident Tramp Benyamin Netanyahunu dəstəkləyəndə bütün vəziyyət dəyişdi. Böyük bir Baş nazir üçün gözlənilən qəti məğlubiyyət geridönüşlə nəticələnən böyük bərabərliyə, hətta Netanyahu üçün qələbəyə çevrildi”, – deyə paylaşımda qeyd olunub.
Açıqlamada bu dəyişikliyin məhz Trampın Netanyahunu dəstəkləməsindən sonra baş verdiyi xüsusi vurğulanıb.
Bununla belə, Trampın dəstəyinin seçki nəticələrinə real təsirinin miqyası barədə müstəqil qiymətləndirmə təqdim edilməyib.
12:30 28.10.2026
Oxunuş sayı: 114