Türkiyə Misirə dəniz sərhədləri ilə bağlı saziş təklif edib
Türkiyə Misirlə dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair saziş imzalamağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Ankara ilə Qahirə arasında mümkün razılaşma Misirə Yunanıstanla bağlana biləcək sazişlə müqayisədə 15 min kvadratkilometrdən çox əlavə dəniz yurisdiksiya sahəsi qazandıra bilər.
Qeyd edək ki, Yunanıstan və Misir 2020-ci ildə dəniz sərhədlərinin qismən müəyyənləşdirilməsinə dair saziş imzalayıblar. Türkiyə isə həmin razılaşmanı tanımır.
Ankaranın təklifi son illərdə Türkiyə ilə Misir arasında diplomatik münasibətlərin bərpasından sonra ikitərəfli əməkdaşlığın inkişaf etdiyi dövrə təsadüf edir.
13:38 28.10.2026
Oxunuş sayı: 148