Skuter sürənlərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarını pozan elektroskuter istifadəçilərinə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, BDYPİ bu barədə məlumat yayıb.
Bildirilib ki, son dövrlər bəzi elektroskuter sürücülərinin yol hərəkəti qaydalarını pozması halları müşahidə olunur.
Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına əməl olunmaması, qəfil və təhlükəli manevrlər edilməsi, həmçinin piyadaların hərəkətinə maneə yaradılması narahatlıq doğurur.
İdarə elektroskuter istifadəçilərini yol nişanlarının və svetoforların tələblərinə əməl etməyə, sürət həddini aşmamağa və piyadaların təhlükəsizliyini nəzərə almağa çağırıb.
BDYPİ vurğulayıb ki, yol mədəniyyəti yalnız qaydalara riayət etməklə məhdudlaşmır, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmağı tələb edir.
12:16 28.10.2026
Oxunuş sayı: 224