Zelenski: Ukrayna texnoloji baxımdan Rusiyadan daha inkişaf edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin texnoloji inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında deyib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya qüvvələri dəfələrlə ölkənin məlumat mərkəzlərinə hücum etsə də, mobil rabitə və internet xidmətlərinin fəaliyyətini tam dayandıra bilməyib.
“Rusiya məlumat mərkəzlərimizə dəfələrlə hücum edib. Lakin mərkəzləşdirilməmiş və inkişaf etmiş rəqəmsal infrastrukturumuz sayəsində mobil rabitə və internetə çıxışımız qorunub saxlanılıb”, – deyə Zelenski vurğulayıb.
O bildirib ki, Rusiyanın rəqəmsal və texnoloji infrastrukturunun daha çox mərkəzləşdirilməsi ölkəni cavab zərbələri qarşısında həssas edir.
“Bizim cavab zərbələrimiz Rusiya üçün daha ağrılı olur, çünki orada hər şey daha çox mərkəzləşdirilib”, – deyə Ukrayna Prezidenti qeyd edib.
12:41 28.10.2026
Oxunuş sayı: 92