Almaniya Kansleri Yaponiyada rəsmi qarşılanıb
Almaniya Kansleri Fridrix Merts oktyabrın 28-də Yaponiyanın paytaxtı Tokioda Baş nazir Sanae Takaiçi tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Crossmedia.az xəbər verir ki, Almaniya hökuməti bu barədə məlumat yayıb.
Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə yüksək səviyyəli danışıqların keçirilməsi nəzərdə tutulub.
Görüşdə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı əsas müzakirə mövzuları sırasındadır.
Mertsin Yaponiyaya səfəri çərçivəsində Almaniya–Yaponiya Biznes Sammitində iştirakı və Almaniya ilə əməkdaşlıq edən yerli şirkətlərdən birinə baş çəkməsi də planlaşdırılıb.
Qeyd edək ki, Almaniya Kanslerinin Asiya səfəri Sinqapur, Yaponiya və Cənubi Koreyanı əhatə edir.
14:26 28.10.2026
Oxunuş sayı: 51