Texnologiyalar insan münasibətlərini əvəz edə bilməz – Peskov
Texnologiyalar nə qədər inkişaf etsə də, insan münasibətlərini və insan təbiətini tamamilə əvəz edə bilməz.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikirləri ölkədə insan hüquqlarının müdafiəsi institutunun gələcəyi barədə danışarkən səsləndirib.
Məlumata görə, Peskov “Senej”də keçirilən İnsan Hüquqları üzrə Müvəkkillərin Ümumrusiya Koordinasiya Şurasının iclasında iştirak edib.
İclas zamanı o, müvəkkillərlə Rusiya Prezidentinin vətəndaşlarla birbaşa ünsiyyət formatını müzakirə edib.
“Texnologiyalar heç vaxt insan münasibətlərini və insan təbiətini əvəz edə bilməz”, – deyə Peskov vurğulayıb.
Yana Lantratova Peskova açıq müzakirəyə və insan hüquqları üzrə müvəkkillik institutuna göstərdiyi diqqətə görə təşəkkür edib.
15:17 28.10.2026
Oxunuş sayı: 54