Niderland Ukraynaya 1,2 milyard avro qeyri-hərbi yardım ayıracaq
Niderland 2027–2029-cu illərdə Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım göndərməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” Niderland hökumətinin sənədinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynanın bərpasına yönəldiləcək vəsaitin 435 milyon avrosu Niderlandın təcili ehtiyaclar üçün nəzərdə tutulan dövlət ehtiyatından ayrılacaq.
Bundan əlavə, yardım paketi çərçivəsində Ukraynaya 165,5 milyon avro vəsait göndəriləcək. Bu məbləğ Ukraynada fəaliyyət göstərən yerli biznesin dəstəklənməsi proqramlarına yönəldiləcək.
Proqram çərçivəsində maliyyə dəstəyi almaq istəyən Ukrayna şirkətləri və dövlət qurumları Niderland biznesini layihələrə cəlb etməlidir. Belə ki, sifarişin ən azı 35 faizi Niderland şirkətlərinin payına düşməlidir.
Hökumət sənədində qeyd olunur ki, maliyyə dəstəyində iştirak edən Niderland şirkətlərinin mütləq Ukrayna ərazisində fəaliyyət göstərməsi tələb olunmur.
15:57 28.10.2026
Oxunuş sayı: 55