Jan-Lük Melanşon: Siyasi mövqeyimi yumşaltmayacağam
Fransalı siyasətçi Jan-Lük Melanşon prezident seçkilərinin ikinci turunda iştirak etmək üçün siyasi mövqeyindən və proqramından geri çəkilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Melanşon bu barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi şəxslər seçkilərin ikinci turunda daha geniş seçici dəstəyi qazanmaq üçün siyasi mövqeyini yumşaltmağı tövsiyə edirlər.
“Mənə deyirlər ki, ikinci tur üçün mövqeyinizi bir qədər yumşaltmalısınız. Niyə mövqeyimi yumşaltmalıyam?” – deyə siyasətçi bildirib.
Melanşon vurğulayıb ki, konkret siyasi proqramı müdafiə edir və seçki mərhələsindən asılı olaraq prinsiplərini dəyişdirmək niyyətində deyil.
“Mən siyasi proqramı müdafiə edirəm. Heç nəyi yumşaltmaq fikrində deyiləm”, – deyə o qeyd edib.
16:05 28.10.2026
Oxunuş sayı: 48