İsraildə seçkilərdən sonra hökumətin taleyi qeyri-müəyyəndir
İsraildə parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 53 mandat qazanıb və hökumət qurmaq üçün tələb olunan çoxluğu təmin edə bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə seçkilərdə səslərin hesablanmasına dair yayılan son məlumatlarda bildirilir.
İkiqat zərflə verilən bülletenlər istisna olmaqla, bütün səslərin hesablanmasından sonra Netanyahunun bloku 53 mandat əldə edib.
Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun hesabına isə 48 mandat yazılıb.
İki ərəb partiyası ümumilikdə 19 mandat qazanıb.
Beləliklə, 120 yerlik Knessetdə heç bir siyasi blok hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilməyib.
İkiqat zərflə verilən səslərin hesablanması başa çatmadığından mandat bölgüsündə dəyişikliklər mümkündür.
16:52 28.10.2026
Oxunuş sayı: 56