Dövlət Statistika Komitəsinin Bakı idarəsində üç kadr dəyişikliyi edilib
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.
İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.
Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.(APA)
17:44 28.10.2026
Oxunuş sayı: 46