Dneprdə dəmiryol stansiyasına hücumdan sonra Aİ liderləri Ukraynaya dəstəyi davam etdirəcəklərini bildiriblər
Avropa İttifaqı liderləri Dnepr şəhərində sərnişin qatarına dron hücumundan sonra Ukraynaya dəstəyi davam etdirəcəklərini bəyan ediblər. Ukrayna hakimiyyətinin məlumatına görə, hücum nəticəsində azı 13 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Aİ rəsmiləri hücumu pisləyərək Rusiyaya qarşı təzyiqlərin artırılacağını bildiriblər. Onlar həmçinin Ukraynada davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar.
23:06 29.10.2026
Oxunuş sayı: 46