Polşada vətəndaş olmaq çətinləşdi - Artıq...
Polşa hakimiyyəti əcnəbilərin ölkə vətəndaşlığını əldə etməsi prosedurunu çətinləşdirməyi planlaşdırır. Bununla bağlı qanun layihəsi hökumətin rəsmi saytında dərc olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.
Layihəyə əsasən, vətəndaşlıq üçün tələb olunan minimum müddətin artırılması nəzərdə tutulur. Bundan əlavə, müraciət edənlər ölkənin tarixi, cəmiyyəti və dövlət quruluşu barədə biliklərini yoxlayan imtahan verməli, dövlətə sədaqət haqqında bəyannamə imzalamalı olacaqlar.
Polşa dilini bilmək tələbinin də sərtləşdirilməsi planlaşdırılır. Belə ki, tələb olunan dil səviyyəsinin B1-dən B2-yə qaldırılması təklif edilir.
Əcnəbilər həmçinin yaşayış yeri və gəlirlərinin olduğunu, Polşanın onların əsas yaşayış və vergi rezidentliyi ölkəsi olduğunu təsdiqləməli olacaqlar.
06:30 30.10.2026
Oxunuş sayı: 46