Aktyorun çevikliyi faciənin qarşısını aldı
Cənubi koreyalı aktyor Yun De-el İnçon şəhərində restoranda baş verən partlayışdan sonra qaz balonlarını bağlayaraq daha ağır nəticələrin qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
48 yaşlı aktyor partlayış səsini eşidəndə hadisə yerinin yaxınlığında olub. O, dərhal restorana yaxınlaşaraq qazın verilişini dayandırıb və polisə məlumat verib.
Polis aktyorun müdaxiləsinin ikinci partlayışın qarşısını almağa kömək etdiyini təsdiqləyib. İlkin məlumata görə, hadisə restoranın daxili hissəsində söküntü işləri aparılarkən baş verib. Ehtimal olunur ki, işə başlamazdan əvvəl qaz təchizatı dayandırılmayıb.
Partlayış nəticəsində üç işçi və restoran sahibi olmaqla, ümumilikdə dörd nəfər xəsarət alıb. Onlar üz və bədənin digər nahiyələrində yanıqlar səbəbindən xəstəxanaya yerləşdiriliblər.
Yun De-el “Kundo: Qiyam dövrü”, “12.12: Gün” və “Asura: Dəlilik şəhəri” kimi filmlərdəki rolları ilə tanınır. Aktyorun kino debütü 2014-cü ildə olub və onun filmoqrafiyasında 50-dən çox layihə yer alır.
07:30 30.10.2026
Oxunuş sayı: 34