Palçıq sevdası pələngi məşhur etdi
Çində yaşayan Amur pələngi palçıqda yuvarlanmağı sevdiyi üçün illərdir özünə cüt tapa bilmir. Heyvanın qeyri-adi vərdişi zooparka gələn ziyarətçilərin də diqqətini çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Toutiao” nəşri məlumat yayıb.
Zoopark əməkdaşlarının sözlərinə görə, pələng yay aylarında palçıqda yuvarlanır, günəş altında quruyur, daha sonra yenidən gölməçəyə girir. Qışda isə palçıq çuxurları donduğu üçün heyvan nisbətən təmiz görünür.
Ziyarətçilər tez-tez əməkdaşlardan pələngi yumağı xahiş edirlər. Zoopark işçiləri heyvanın sağlamlığının qaydasında olduğunu və mütəmadi yuyulduğunu bildirirlər. Lakin pələng qısa müddət sonra yenidən palçığa girərək çirklənir.
Məlumata görə, 2024-cü ildə dişi pələnglərdən biri ona yaxınlaşmağa imkan verib və əməkdaşlar cütləşəcəklərini düşünüblər. Ancaq bir müddət sonra heyvanlar bir-birinə maraq göstərməyi dayandırıblar.
05:40 30.10.2026
Oxunuş sayı: 54