Keçmiş nazir milyonlarla dolları belə gizlədib
Macarıstanın paytaxtı Budapeştdə məhkəmə ölkənin keçmiş milli inkişaf naziri Mikloş Şeştağı dindirilməzdən əvvəl 27 milyon dollardan çox vəsaiti gizlətməkdə şübhəli bilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.
Məhkəmənin məlumatına görə, keçmiş nazirin evində aparılan axtarış zamanı bir neçə seyf aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin seyflərdə 9 milyard macar forinti (təxminən 27,3 milyon dollar) nağd pul saxlanılıb.
Macarıstanın Baş Prokurorluğu daha əvvəl Şeştağın toxunulmazlığının ləğv edilməsini tələb edib. O, dövlət müqavilələrinin bağlanması zamanı qanunsuz ödənişlər almaqda şübhəli bilinir.
Prokurorluğun məlumatına görə, avtobus şirkəti “Volánbusz”la bağlı müqavilələr zamanı keçmiş nazirin və dövlət əmlakının idarə olunmasına cavabdeh qurumun rəhbərinin vasitəçilər üzərindən 11 milyard forintdən çox vəsait əldə etmiş ola biləcəyi ehtimal edilir.
04:40 30.10.2026
Oxunuş sayı: 70