GTA 6-nın buraxılışı dünya iqtisadiyyatına təsir edə bilər: Oyuna maraq görünməmiş həddə çatıb
YouTuber Şon Makloflin (Jacksepticeye) GTA 6 oyununun doğuracağı maraq və oyun sənayesində yaradacağı təsirlər barədə fikirlərini bölüşüb.
Crossmedia.az xəbər verir ki, o, GTA 6-ya marağın o qədər böyük olduğunu bildirib ki, hətta gündəlik həyatda video oyunlarla maraqlanmayan insanlar belə sırf bu oyunu oynamaq və baş verənləri görmək üçün səbirsizliklə gözləyirlər.
Şon Makloflin zarafatla qeyd edib ki, oyunun buraxıldığı dövrdə dünya iqtisadiyyatında 2 faizlik geriləmə qeydə alına bilər. Onun sözlərinə görə, həmin vaxt insanlar işə getməyəcək, gündəlik istifadə etdikləri saytlara daxil olmayacaq və bütün diqqətlərini GTA 6-ya yönəldəcəklər.
YouTuber oyun sənayesində indiyədək belə miqyasda marağın müşahidə olunmadığını vurğulayıb. O, digər oyun tərtibatçılarının da insanların GTA 6-nı oynamaq üçün işlərindən vaxt ayıracağını proqnozlaşdırdıqlarını bildirib.
Makloflin, həmçinin oyunun hazırlanmasına 1-2 milyard dollar həcmində vəsait yatırıldığını, bunun indiyədək istehsal olunmuş ən bahalı media məhsulu olduğunu qeyd edib. O, bütün bu amillərin GTA 6-nın necə bir oyun olacağına dair böyük gözlənti yaratdığını diqqətə çatdırıb.
13:05 30.10.2026
Oxunuş sayı: 60