Qaxda evlərdən silsilə oğurluq edən şəxs həbs olunub
Qax rayonunda bir neçə fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərdən birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində yerləşən daha bir neçə fərdi yaşayış evindən də oğurluq etməkdə şübhəli bilindiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
14:23 30.10.2026
Oxunuş sayı: 185