Peskov: Litva nüvə silahı yerləşdirsə, Rusiya onu hədəfə alacaq
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Litvada nüvə silahı yerləşdiriləcəyi təqdirdə ölkənin Rusiya nüvə silahlarının hədəfinə çevriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Dmitri Peskov bu barədə açıqlama verib.
Peskov Litva Seyminin 2027-ci ilin əvvəlində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldıracaq Konstitusiya dəyişikliyini qəbul etmək planlarını şərh edib.
O bildirib ki, Litva ərazisində nüvə silahının yerləşdirilməsi ölkəni Rusiya üçün potensial nüvə hədəfinə çevirəcək.
14:41 12.09.2026
Oxunuş sayı: 44