Zelenskidən HAVA HÜCUMLARI ilə bağlı çağırış: ABŞ-dən dəstək gözləyir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qış aylarında hava hücumundan müdafiə sistemləri üçün hər ay 100-120 Patriot raketinə ehtiyac duyduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Deutsche Welle bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Rusiya hazırda ayda təxminən 140 ballistik raket istehsal edir. NATO qaydalarına əsasən, bu sayda hədəfi məhv etmək üçün təxminən iki dəfə çox, yəni ayda 280 raket əleyhinə raket tələb olunur.
Ukrayna Prezidenti 280 raketin təmin edilməsini real imkanlar baxımından böyük problem kimi qiymətləndirib. O bildirib ki, hətta ayda 100 raket əldə etmək də Ukrayna üçün ciddi çağırışdır.
Zelenski ABŞ-nin Ukraynaya raket satmağa və hava hücumundan müdafiə sahəsində yardım göstərməyə hazır olduğunu, lakin əsas problemin istehsal həcmi və mövcud ehtiyatların məhdudluğu olduğunu qeyd edib.
14:04 12.09.2026
Oxunuş sayı: 46