Ermənistan Rusiya hərbi bazasının icarə haqqını artıra bilər
Ermənistan Rusiya qazının qiymətinin artırılması halında ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasının icarə haqqının artırılmasını nəzərdən keçirə bilər.
Crossmedia.az xəbər verir ki, Ermənistan parlamentinin Müdafiə komissiyasının sədri Vilen Qabrielyan bu barədə açıqlama verib.
Qabrielyanın sözlərinə görə, Moskva qazın qiymətini artırarsa, Ermənistan da 102-ci Rusiya hərbi bazasının ölkədə yerləşdirilməsinə görə ödənilən icarə haqqını artıra bilər.

14:26 12.09.2026
Oxunuş sayı: 44