Zelenski Putinlə G20 sammitində görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüşməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
2026-cı il G20 sammitinin dekabrın 14-15-də ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilməsi planlaşdırılır. Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirak edib-etməyəcəyi isə hələ tam müəyyənləşməyib.
Zelenskinin Putinlə mümkün görüşü Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan diplomatik səylər fonunda gündəmə gəlib. Son günlər ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner həm Moskva, həm də Kiyevdə danışıqlar aparıblar.
Zelenski son açıqlamalarında ABŞ vasitəçilərinin təqdim etdiyi yeni təklifləri müsbət qiymətləndirib və Ukrayna, ABŞ və Avropa nümayəndələrinin növbəti danışıqlara hazırlıq apardığını bildirib.
Bununla yanaşı, Zelenski sentyabrın 20-də Rusiyada keçiriləcək parlament seçkilərinə qədər üçtərəfli sülh danışıqlarının keçirilməyəcəyini də açıqlayıb. Onun sözlərinə görə, Kiyev və Vaşinqton arasında əlaqələr davam edir və sentyabrın sonunda enerji və taxıl məsələləri üzrə müəyyən irəliləyişə ümid var.
13:19 12.09.2026
Oxunuş sayı: 51