Avropadan Ukraynaya NƏHƏNG HƏRBİ YARDIM: 6,1 milyard avro ayrılır
Avropa Komissiyası Ukraynaya 6,1 milyard avro həcmində hərbi maliyyələşməni təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası bu barədə məlumat yayıb.
Maliyyə vəsaiti Ukraynanın hava və raketdən müdafiə sistemləri, sursat, pilotsuz uçuş aparatları (PUA) və radioelektron mübarizə vasitələri ilə təmin olunmasına yönəldiləcək.
Maliyyələşmənin Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və hərbi ehtiyaclarının qarşılanması məqsədi daşıdığı bildirilir.
13:55 12.09.2026
Oxunuş sayı: 42