Tramp: Si Cin bizə casusluq edir, biz də ona casusluq edirik
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-yə casusluq etdiyini, Vaşinqtonun da Pekinə qarşı eyni üsullardan istifadə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə açıqlama verib.
Tramp Si Cinpinin iki həftə sonra ABŞ-də dövlət səviyyəsində təşkil olunacaq şam yeməyində iştirak edəcəyini bildirib.
ABŞ Prezidenti Çin lideri ilə münasibətlərinin yaxşı olduğunu deyib.
“İnsanlar deyirlər ki, o, bizə casusluq edir. Biz də ona casusluq edirik. Bilirsiniz, biz də bunu çox yaxşı bacarırıq”, – Tramp bildirib.
14:37 12.09.2026
Oxunuş sayı: 53