CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

01:17 28.09.2026

FBI-ya qarşı hücum: Oğurlanan məlumatları yaymaqla hədələnir

11

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşlarının şəxsi məlumatlarının kiberhücum nəticəsində ələ keçirildiyi iddia olunur. Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, hazırkı və keçmiş FBI əməkdaşları baş verən hadisədən narahat olduqlarını bildiriblər. Məlumata əsasən, “ShinyHunters” adlı haker qrupu FBI sistemlərinə daxil olduğunu və oğurlandığı iddia edilən məlumat bazalarını yaxın günlərdə yayımlamaqla hədələdiyini açıqlayıb. Keçmiş FBI əməkdaşlarının sözlərinə görə, məlumatların yayılması agentlərin, xüsusilə də gizli əməliyyatlarda çalışan şəxslərin təhlükəsizliyi üçün risk yarada bilər. İddialara görə, ələ keçirilən məlumatlar arasında əməkdaşların adları, ünvanları, telefon nömrələri, vəzifələri, xidmət məlumatları və ailə üzvləri ilə bağlı bəzi məlumatlar ola bilər. Həmçinin hakerlərin minlərlə xüsusi agentə aid tibbi məlumatlara da çıxış əldə etdiyi bildirilir. Bu məlumatların sağlamlıq yoxlamaları və tibbi qeydlərlə bağlı olduğu qeyd olunur. FBI hadisə ilə bağlı açıqlamasında insidenti araşdırdığını bildirib. Kibertəhlükəsizlik mütəxəssisləri isə belə məlumat sızmalarının yalnız şəxsi təhlükəsizlik deyil, həm də milli təhlükəsizlik baxımından risklər yarada biləcəyini vurğulayırlar. “ShinyHunters” qrupu daha əvvəl də müxtəlif böyük şirkətlərə qarşı kiberhücumlarla əlaqələndirilib. Qrupun bu dəfə FBI-dan pul deyil, müəyyən açıqlamanın geri götürülməsini tələb etdiyi bildirilir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR